100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

24 December 2024    335 share share

Cari ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Cenevrə Konvensiyalarının qəbul olunmasının 75-ci ildönümünə həsr edilmiş “Beynəlxalq Humanitar Hüququn Tətbiqi üzrə Fəaliyyətlər: Müsbət Təcrübələr və Problemlər” mövzusunda 1 günlük seminar təşkil olunub. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, Ombudsman Aparatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Kojiç açılış nitqi ilə çıxış edərək tədbirin işinə uğurlar arzulayıblar.

Seminarda uyğunluğun təmin edilməsi üsulu kimi beynəlxalq humanitar hüququn milli səviyyədə tətbiqi və milli təsisatların rolu, əldə edilmiş müsbət təcrübələr, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və digər aidiyyəti sahələr üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli hüquq-mühafizə orqanlarında beynəlxalq humanitar hüquq təlimləri və işçilərin biliklərinin artırılması barədə ətraflı çıxış edib, müvafiq sahə üzrə vəkillik təsisatının üzərinə düşən vəzifələr, cari ildə Vəkillər Kollegiyası tərəfindən bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.