100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim keçirilib

03 November 2025    868 share share

Noyabrın 1-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Hüquqi şəxsin yenidən təşkili" mövzusunda əyani qaydada təlim təşkil edilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və layihənin gənc hüquqşünaslar üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, gənc hüquqşünasların bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də hüquqi maarifləndirmə səviyyəsinin yüksəldilməsi Kollegiyanın əsas prioritet istiqamətlərindən birini təşkil edir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının yeni - “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışı iştirakçılara təqdim olunub, gənc hüquqşünaslar jurnalda məqalələrlə çıxış etməyə dəvət edilib.

Vəkillər Kollegiyasının üzvü, “Sirius” Vəkil Bürosunun vəkili, "CSS Konsaltinq" şirkətinin rəhbəri Nuridə İbrahimova çıxış edərək təlim mövzusunun hüquqi əhəmiyyəti ilə bağlı məsələləri qeyd edib. Bildirilib ki, hüquqi şəxsin yenidən təşkili hüquqi, iqtisadi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır, eyni zamanda sahibkarlıq subyektlərinin çevik inkişafına və hüquqi münasibətlərin sabitliyinə xidmət edir.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Ekol" Vəkil Bürosunun vəkili, “Aztelekom” MMC-nin Korporativ hüquqi tənzimlənmə şöbəsinin müdiri Aysel Şərifova hüquqi şəxsin yenidən təşkili formaları, yenidən təşkilin hüquqi və iqtisadi əhəmiyyəti, hüquqi şəxsin yenidən təşkili ilə bağlı prosedur tənzimləmələr barədə geniş məlumat verib.

Sonda təlimçilər tərəfindən mövzu üzrə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 37 nəfər iştirak edib.