100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvü Dünya Tibb Hüququ Assosiasiyasının Tibbi Cinayət Hüququ Komitəsinin üzvü seçilib

08 September 2026    200 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hikmət Babayev Belçikanın Antverpen Universitetində keçirilən Dünya Tibb Hüququ Assosiasiyasının 30-cu Konqresində iştirak edib.

Hikmət Babayev konqres çərçivəsində iki mövzu üzrə məruzə ilə çıxış edib. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi və tədqiqatçı alim kimi “İnsan dölünün (embrionun) hüquqları”, vəkil və praktiki hüquqşünas kimi isə “Həkim səhvləri və tibbi riskləri arasındakı sərhəd” mövzularında təqdimatlar edib.

Bundan əlavə, Hikmət Babayev Dünya Tibb Hüququ Assosiasiyasının Tibbi Cinayət Hüququ Komitəsinin daimi üzvlüyünə qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tibb hüququ üzrə ekspert və alim Hikmət Babayev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasında müəllim kimi fəaliyyət göstərir. O, eyni zamanda tibb hüququ sahəsində elmi və praktiki fəaliyyətlə məşğul olur və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Antidopinq Apellyasiya Komitəsinin üzvüdür.

Hikmət Babayevin tibb hüququ üzrə yerli və beynəlxalq jurnallarda 10-dan artıq elmi məqaləsi dərc olunub. Həmçinin müxtəlif beynəlxalq elmi konfranslarda tibb hüququnun aktual məsələlərinə dair məruzələrlə çıxış edib.