100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

23 February 2022    2040 share share

23.02.2022-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
 
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədin onlayn andiçmə mərasimi keçirilmişdir.
 
Daha sonra dövlət hesabına göstərilən hüquqi yardımla bağlı vəkil hesabatının yeni formasının qəbul edilməsi məsələsinə baxılmış və yeni forma qəbul edilmişdir.
 
İclas çərçivəsində Bakı Dövlət Universiteti Hüquq fakültəsi tələbələrinin “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirakına dəstəklə bağlı məsələyə baxılmış və müsbət qərarlar verilmişdir.
 
Daha sonra daha 2 yeni vəkil bürolarının təsis edilməsi ilə bağlı məsələyə baxılmış və büroların təsisi ilə bağlı müsbət rəy qəbul edilmişdir.
 
Həmçinin iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, vəkil kabinetlərinin yaradılması, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılmış və müsbət qərarlar verilmişdir.
 
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.